AZ

Azərbaycan qondarma seçkini TANIMADI

Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkisi” ilə bağlı bəyanat yayıb.

Medianews.az-ın məlumatına görə, bəyanatda deyilir: “Azərbaycan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 15 fevral 2025-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma “növbədənkənar prezident seçkisi”ni, həmçinin onun nəticələrini tanımır.
Azərbaycan Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həllinin tərəfdarıdır”.

Qeyd edək ki, Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri 1990-cı illərin əvvəlindən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal edərək onları müstəqil dövlətlər kimi tanımaq qərarı verib. Hər iki bölgədə Rusiyanın hərbi bazaları var.

 

Seçilən
7
45
medianews.az

10Mənbələr