AZ

Qərbi Azərbaycan Xronikası: "Yapon" ləqəbli daşnakın Zeytə qətliamı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Vulkan püskürməsi ilə kəndin torpağı qara rəng alıb" adlı buraxılışda Dərələyəz mahalının Paşalı rayonunun Zeytə kəndinin tarixi, adət-ənənələri və irsi araşdırılıb.
Bildirilib ki, Dərələyəz mahalının Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində yerləşən Zeytə kəndinin qədim adları çox olub və biri də "Zeyvə"dir. Adı "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilib. 1991-ci ildə kəndin adı dəyişdirilib Zedsa qoyulub. Kənddə 1831-ci ildən 1916-cı ilədək yalnız azərbaycanlılar yaşayıblar. Sakinlər 1918, 1948 və 1988-ci illərdə erməni təcavüzünə məruz qalaraq deportasiya olunublar.
Qeyd olunub ki, kənddə qoç daşlar və müsəlmanlara məxsus 8-ci əsrə aid qəbiristanlıq olub. Qoç daşları ermənilərdən qorumaq üçün gizli Naxçıvana aparılıb. Dağ və aran arasında yerləşən kənddə vulkan püskürməsi ilə bütün ərazinin torpağı qara rəng alıb. Ermənilər "Kilsənin başı" ərazisində olan Alban məbədini partladıblar. Alban xaçını ermənilərdən gizlətmək üçün yeri qazıb, üzüstə basdırılıb.
Diqqətə çatdırılıb ki, bu kənddə ermənilər 12 yaşlı uşağın ailəsini qətlə yetirib boynunu qılınclayıblar. 1918-ci ildə "Japon" ləqəbli daşnak qaniçənlər 580 nəfərlik bu kəndi dağıdıb, əhalinin böyük qismi məhv edilib. Qaçıb canını qurtaran insanlar Naxçıvana sıgınıblar. 1948-ci ildə Zeytədən deportasiya edilənlər Stalinin ölümündən sonra geri qayıdıblar. Əhalinin köməyinə gələn hərbi maşınlara erməni silahlıları hücum ediblər. Beləliklə, bir əsrdə 3 dəfə erməni zülmünə məruz qalmış kənd acı tarix yaşayıb.
Həmçinin Novruz bayramında "Kilsənin başı"nda qeyd etmək, od şarı atmaq adətindən, qidaya müalicəvi otların vurulmasından söz açılır.
Ümumiyyətlə, "İrsimiz" layihəsinin məqsədi Qərbi Azərbaycanın mahal və kəndlərində itməkdə olan irsimizin qorunub saxlanılması, yaşadılması və təbliği kənd sakinləri, tarixçilər, etnoloqlar, etnoqraflar, folklorşünasların dəlil və söhbətləri ilə böyük türk izlərinin araşdırılmasıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Seçilən
25
17
oxu.az

10Mənbələr