Qəzza zolağında fələstinli radikalların əlində hələ də 73 girov var.
APA xəbər verir ki, bu barədə İsrailin baş nazirinin müşaviri Dmitri Gendelman məlumat verib.
“Qəzza zolağında hələ də diri və ölü 73 girov saxlanılır. Razılaşmanın birinci mərhələsi çərçivəsində indiyədək 19 girov azad edilib və daha 14 girovun İsrailə qayıtması gözlənilir", o bildirib.