AZ

Lukas Podolski Rahil Məmmədovu xalsız yola salıb - VİDEO

Azərbaycanlı futbolçu Rahil Məmmədov Polşa çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Radomyak" 21-ci turda səfərdə "Qurnik"in qonağı olub.

Zabje şəhərində keçirilən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Həlledici qolu tanınmış almaniyalı futbolçu Lukas Podolski vurub. Rahil bu görüşdə 90 dəqiqə meydanda olsa da, komandansını məğlubiyyətdən xilas edə bilməyib.

Qeyd edək ki, Məmmədovun komandası bu matçdan 21 xalla 15-ci pillədə qərarlaşıb.

İdman.biz

Seçilən
22
idman.biz

1Mənbələr