AZ

“Sonra bu barədə düşünəcəyəm” – Finalda Şəhriyarı məğlub edən şahmatçı danışdı

Çempionluğu atama həsr edirəm.

Heftelik.az-ın məlumatına görə, bunu Report-a açıqlamasında şahmat üzrə Azərbaycan çempionatının qalibi olan Rauf Məmmədov deyib.

O, inanılmaz nəticə qazandığını vurğulayıb:

“Şokdayam, çünki tarixi Azərbaycan çempionatında qələbə qazanmaq çətin idi. Mənim üçün inanılmaz nəticədir. Çempionluğu ötən il rəhmətə gedən atama həsr edirəm. Çünki onun dünyadan köçməsinin bir ili tamam oldu. Həmişə Azərbaycan çempionatında iştirak etməyimi istəyirdi”.

Qrossmeyster yarımfinalda Teymur Rəcəbov, finalda isə Şəhriyar Məmmədyarovla duelləri dəyərləndirib:

“Bu cür şahmatçıları məğlub etmək, əlbəttə, çox çətindir. Bir az da bəxt lazımdır. Şükür Allaha ki, bəxtim də gətirdi. Həm Teymur, həm də Şəhriyarla oyun çətin keçdi”.

Şahmatçı qarşıdakı planlar barədə sualı da cavablandırıb:

“Hələlik dincəlmək istəyirəm. Çünki çox çətin yarış oldu. Daha sonra bu barədə düşünəcəyəm”.

Qeyd edək ki, Rauf Məmmədov finalda Şəhriyar Məmmədyarova qalib gələrək Azərbaycan çempionu olub.

Seçilən
17
heftelik.az

1Mənbələr