2025-ci ildə Braziliyanın sədrliyi ilə keçiriləcək BRİCS sammiti 6-7 iyul tarixləri arasında Rio-de-Janeyroda keçiriləcək.
APA xəbər verir ki, bu barədə birliyin mətbuat xidməti məlumat yayıb.
"BRICS-in 2025-ci ildə keçiriləcək sammitinin tarixi və yeri təsdiqlənib. O, iyulun 6-dan 7-dək Rio-de-Janeyroda keçiriləcək", - məlumatda deyilir.
Qeyd edək ki, Braziliya yanvarın 1-dən BRİCS-ə sədrlik edir.