Bakı. Trend:
Azərbaycanın sərbəst güləşçiləri Belarusun paytaxtı Minskdəkeçirilən üçqat olimpiya çempionu Aleksandr Medvedin xatirəturnirində uğurla çıxış ediblər.
Trend xəbər verirki, Azərbaycan Güləş Federasiyasının məlumatına görə, ölkəmiziturnirdə məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 7 idmançı təmsiledib. Onlar ümumilikdə 1 gümüş və 2 bürünc medal qazanıblar.
74 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov və QadjimuradOmarov yarımfinala qədər irəliləyiblər. Bayramov belaruslu NikitaDmitriyev və qazaxıstanlı Erbarıs Satıbaldı üzərində inamlıqələbələr qazansa da, yarımfinalda rusiyalı İnalbek Şeriyevə məğlubolub (2:5). Bürünc medal uğrunda mübarizədə isə rusiyalı KantemirSenovu 3:2 hesabı ilə məğlub edərək üçüncü olub.
Qadjimurad Omarov isə rusiyalı İmam Qanişov (6:1) və belarusluYeqor Akuliniçi (6:3) üstələyərək finala vəsiqə qazanıb. Lakinhəlledici görüşdə Şeriyevə uduzub (3:11) və gümüş medallakifayətlənib.
92 kq çəki dərəcəsində mübarizə aparan Şamil Zubairov 1/8finalda rusiyalı Mustafaqadji Malaçdibirova məğlub olsa da (4:6),təsəlliverici görüşdə belaruslu Artyom İqnatyuku (13:1), bürüncmedal qarşılaşmasında isə rusiyalı Abdulla Qamzatovu (4:3) məğlubedərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Digər təmsilçilərimizdən Əfqan Xaşalov (57 kq), Musa Ağayev (65kq), Timur Gülmaqomedov (86 kq) və İslam İlyasov (97 kq) turnirimedalsız başa vurublar.