Bakı. Trend:
"Çelsi"nin hücumçusu Nikolas Cekson yayda komandadan ayrılabilər.
Trend xəbər verirki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Madridin "Atletiko" klubu seneqallı forvardın transferi iləmaraqlanır və yay transfer pəncərəsində "Çelsi"yə rəsmi təklifgöndərməyi planlaşdırır. 23 yaşlı hücumçu ilə İngiltərə PremyerLiqası klublarından "Aston Villa" və "Nyukasl" da maraqlanır.
Qeyd edək ki, Nikolas Cekson 2023-cü ilin yayında"Vilyarreal"dan "Çelsi"yə keçib. O, bu mövsüm London klubununheyətində çıxdığı 24 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə iləyadda qalıb.