AZ

Münxendə əfqan miqrantın avtomobili insanların üzərinə sürməsi nəticəsində iki nəfər ölüb

Bakı. Trend:

Münxendə 24 yaşlı əfqan miqrantın avtomobili bir qrup mülkişəxsin üzərinə sürməsi nəticəsində xəsarət alanlardan iki nəfər –bir qadın və onun iki yaşlı qızı dünyasını dəyişib.

Trend “Spiegel”qəzetinə istinadən xəbər verir ki, Münxen şəhərinin meri DiterRayter bildirib ki, həyatını itirən qadın şəhər administrasiyasınınəməkdaşı olub.

Almaniya Kansleri Olaf Şolts hadisə ilə bağlı başsağlığı verərəkbildirib: “Münxendə baş verən hücum nəticəsində həyatını itirənazyaşlı uşağın və qadının ölümü məni dərindən sarsıtdı. Ailəüzvlərinin nə hiss etdiyini təsəvvür etmək belə çətindir. Onlaradərin hüznlə başsağlığı verirəm.” O əlavə edib ki, təqsirləndirilənşəxs cəzasını çəkdikdən sonra deportasiya olunacaq.

Ölən qadının ailəsinin yaydığı açıqlamada bildirilib ki, o,Əlcəzairdə anadan olub və dörd yaşında Almaniyaya köçüb. 2017-ciildən Münxendə həyat yoldaşı və qızı ilə birlikdə yaşayırdı.

Xatırladaq ki, fevralın 13-də Münxendə 24 yaşlı əfqan miqrantınavtomobili xidmət sahəsində çalışan işçilərin birləşmiş həmkarlarittifaqı təşkilatı (Verdi) tərəfindən təşkil olunan yürüşiştirakçılarının üzərinə sürməsi nəticəsində 40-a yaxın insanxəsarət alıb. Hadisəni törədən şəxsin əvvəllər narkotik maddə vəoğurluqla bağlı polis tərəfindən saxlanıldığı müəyyən edilib.Almaniya Baş Prokurorluğu hadisənin əhəmiyyətini nəzərə alaraqistintaqı öz üzərinə götürüb.

Seçilən
38
az.trend.az

1Mənbələr