Qahirə, 16 fevral, AZƏRTAC
Tehranda fevralın 20-dən 21-dək sərbəst güləş üzrə Dünya Klub Kuboku keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Turnirdə dünya miqyasında tanınmış güləş ölkələrinin, o cümlədən Rusiya, Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Almaniya, Tacikistan, Türkmənistan və İraqın komandalarının iştirak edəcəyi gözlənilir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə