AZ

DİM Bakı və Naxçıvanda fəlsəfə doktoru imtahanı keçirir

Fevralın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) Bakı və Naxçıvan şəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçılar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı təşkil edir.

DİM-dən Day.Az-a verilən məlumata görə, imtahanda 215 namizədin iştirakı nəzərdə tutulur. Sınaq saat 11:00-da başlayacaq, saat 10:45-də isə binaya giriş başa çatacaq. Bu saatdan sonra gələn iştirakçılar imtahan zalına buraxılmayacaq.

İddiaçılar imtahana şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsi ilə gəlməlidirlər. İmtahan müddətinin ilk 1 saat 30 dəqiqəsi test tapşırıqlarına, son 1 saat 30 dəqiqəsi isə yazılı tapşırıqlara (esse və vizual məlumatın təsviri) ayrılacaq. Test və yazı blokları arasında 15 dəqiqəlik fasilə nəzərdə tutulub.

İmtahan prosesinin təşkilinə 2 imtahan binası, 3 imtahan rəhbəri, 2 ümumi imtahan rəhbəri, 21 nəzarətçi və 3 buraxılış rejimi əməkdaşı cəlb olunub.

Seçilən
41
1
day.az

2Mənbələr