"Mançester Yunayted"in əfsanəvi çalışdırıcısı Aleks Ferqyusson məşqçiliyə qayıdır.
Offsideplus.az xəbər verir ki, şotlandiyalının qərarı heç də uzun müddətlk fəaliyyəti nəzərdə tutmur. Belə ki, Ferqyusson cəmi 1 oyunda - italiyalı hücumçu Czeppe Rossinin vida matçında baş məşqçi funksiyasını yerinə yetirəcək. Görüş bu il martın 22-də İtaliyanın Florensiya şəhərində keçiiriləcək.
Rossi 2004-06-cı illərdə məhz Ferqyussonun rəhbərliyi altında "Mançester Yunayted"də forma geyinib. O, karyerasını 2023-c ildə başa vurub.
Xatırladaq ki, hazırda 83 yaşı olan şotlandiyalı mütəxəssis 1986-cı ildən 2013-cü ilədək "qırmızı şeytanlar"ı çalışdırıb. Bu dövr ərzində "Mançester Yunayted" 13 dəfə Premyer Liqanı qazanıb, 5 dəfə İngiltərə Kuboku və 2 dəfə Çempionlar Liqasının qalib olub.