AZ

Premyer Liqa: “Neftçi” 14 oyundur yenə bilmədiyi “Qarabağ”a qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 23-cü turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Öncə Tovuzda “Turan Tovuz” və “Araz-Naxçıvan” komandaları üz-üzə gələcəklər. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan bu komandaların görüşünü FİFA referisi Əliyar Ağayev idarə edəcək. 44 xalla ikinci pillədə qərarlaşmış Naxçıvan təmsilçisi son iki turda qələbə qazana bilməyib (2 heç-heçə). 36 xalla dördüncü olan Tovuz təmsilçisi də son iki matçından birində heç-heçə ilə kifayətlənib, ötən turda isə məğlubiyyətə üzülüb.

Bu, “Turan Tovuz”la “Araz-Naxçıvan”ın milli çempionatdakı 7-ci görüşü olacaq. Əvvəlki 6 oyunda tovuzlular 4, naxçıvanlılar 2 qələbə qazanıblar. Bir sözlə, tərəflər heç vaxt meydanı heç-heçə ilə tərk etməyiblər. “Turan Tovuz” bütün ev qarşılaşmalarında qol vurub. “Araz-Naxçıvan” son iki 2 görüşdə qələbə qazanıb.

Günün digər qarşılaşması milli çempionatlarımızın daimi iki iştirakçısı – “Neftçi” ilə “Qarabağ” arasında baş tutacaq. Rəvan Həmzəzadənin idarə edəcəyi bu qarşılaşma əzəli rəqiblərin 98-ci görüşü olacaq. Əvvəlki 97 oyunda bakılılar 23, ağdamlılar 43 qələbə qazanıblar, 31 matç bərabərliklə yekunlaşıb. “Qarabağ” ardıcıl 7 qələbə qazanıb ki, bunlardan sonuncu 4 matç böyük hesabla nəticələnib. “Neftçi” 14 görüşdür bu rəqibinə qalib gəlmir.

Qeyd edək ki, əzəli rəqiblər hazırda yarış cədvəlində bir-birindən xeyli aralıdılar. Belə ki, son çempion “Qarabağ” 53 xalla vahid liderdir. “Neftçi” isə 24 xalla 6-cı sırada qərarlaşıb və növbəti qələbəsini qazansa belə, yerində sayacağı dəqiqdir.

Premyer Liqa
23-cü tur

15 fevral

“Sumqayıt” – “Zirə” 0:3
Qollar: Rafael Utziq, 14. Salifu Suma, 36; 65.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

16 fevral

“Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu, 16:00.

“Neftçi” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Neftçi Arena”, 19:00.

17 fevral

“Kəpəz” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tovuz şəhər stadionu, 16:00.

“Səbail” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”, 19:00.

Seçilən
9
1
arena.az

3Mənbələr