"Mançester Yunayted"in heyətində ciddi itki baş verib.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar"ın gənc ulduzu Amad Diallonun ayaq biləyindəki bağlarda zədə müəyyən olunub. Bu barədə "Athletic" nəşri məlumat yayıb. 

22 yaşlı oyunçunun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, Diallo 2024/25 mövsümündə 36 oyuna çıxıb və 9 qola, 7 məhsuldar ötürməyə imza atıb.