"Bu təpiklər, eləcə də sol ayaqla başa zərbələr üzərində bütün hazırlıq posesi dövründə çalışmışdım".

Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycanı UFC-də təmsil edən Nazim Sadıxov bu gecə braziliyalı rəqibi İsmael Bonfimə qalib gəldikdən sonra deyib.

30 yaşlı həmyerlimiz texnki nokaut olmasa belə, istənilən halda qələbə qazanacağını bildiirib: "Mən rəqibin əllərini aşağı saldığını gördüm. Bədənə və başa bir neçə zərbə endirdim və nəhayət, istəyimə çatdım. Əslində, mənim üçün mübarizə yeni başlayırdı. 1 deyil, 5-10 raund döyüşməyə hazır idim. Əks düşərgənin döyüş haqqında nə deyəcəyini bilmirəm. Mənə məlum deyil ki, rəqib göz nahiyəsindəki qanaxmaya görə döyüşü dayandırdı, yoxsa başqa səbəb var".

Yüngül çəkidə qüvvəsini sınayan Nazim arzusunu da dilə gətirib: "Mənə qulas asın, bir söz demək istəyirəm: mən öz çəkimdə hamıdan güclüyəm! Bu yarışa kəmər qazanmaq üçün gəlmişəm".

Qeyd edək ki, N.Sadıxov UFC-də 10 qələbə qazanıb, 1 dəfə məğlubiyyətə uğrayıb.