AZ

Sadıxov Bonfimi I raundda texniki nokaut edib - VİDEO

Bu gecə Las-Veqasda "UFC Fight Night" turniri start götürüb.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycanın qarışıq döyüş ustası Nazim Sadıxov da çıxış edib.

ABŞ-də yaşayan həmyerlimizin rəqibi braziliyalı İsmael Bonfim olub.

Nevada ştatında keçirilən döyüşün 1-ci raundundan sonra qalib bəlli olub.

Nazim İsmael Bonfimi texniki nokautla məğlub edib. Birinci raunddan sonra fasilədə Bonfimin gözündən aldığı zədə səbəbindən döyüş dayandırılıb. Onun sağ gözünün görmədiyi müəyyən edilib. Braziliyalı texniki nokaut qərarı ilə məğlub elan edilib.

Qeyd edək ki, Sadıxov bundan əvvəl 11 döyüşdən 9-da qələbə qazanıb, 1-də uduzub, 1-də də heç-heçə edib. O, son döyüşünü 2023-cü il noyabrın 11-də Nyu-Yorkda "Madison Square Garden"də rusiyalı Vyaçeslav Borşevə qarşı keçirib. Üç raundluq mübarizədən sonra hakimlər bərabərlik qeydə alıblar.

İdman.biz

Seçilən
51
idman.biz

1Mənbələr