Feyenoord"un cinah hücumçusu İqor Payşao karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Calciomercato" yayıb.
Məlumata görə, 24 yaşlı futbolçunun xidmətində "Arsenal" və "Tottenhem" maraqlıdır. Mənbə "Feyenoord"un braziliyalı oyunçunu azı 30 milyon avroya satmaq istədiyini bildirib. Payşaonu "Milan" və "Roma" kimi İtaliya nəhənglərinin də diqqətdə saxladığı da vurğulanıb.
Cari mövsüm bütün turnirlərdə 33 matça çıxan cənubi amerikalı 8 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. İqorun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer qiymətini 17 milyon avro ilə dəyərləndirir.
Nihat