Bakı. Trend:
Milli Hidrometeorologiya Xidmətinin fevralın 16-sı saat 10:00-aolan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasənyağmursuz keçib, lakin 15-i günün birinci yarısında bəzi yerlərdəarabir yağıntılı olub.
Bu barədə Trend-əMilli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, dağlıq rayonlara qar yağıb, yağan qarınhündürlüyü Lerikdə 18, Qrızda 16, Şahdağda 9, Şahbuzda 7,Daşkəsəndə 3, Qusarda (Ləzə) 2, Xaltan, Yardımlıda 1 santimetrolub.
Qərb küləyi əsib. Sarı xəbərdarlığa uyğun olaraq küləyin sürətiSədərək, Daşkəsən, Qobustanda 18 metr/saniyə, Bakıda və Abşeronyarımadasında 15 metr/saniyəyədək güclənib.
Naxçıvan, Şərur, Daşkəsən, Gədəbəy, Balakən, Şəki, Qəbələ,Şamaxı, Qobustan, Xaltan, Yevlax, Göyçay, Zərdab, Cəfərxan, Lerik,Ağdamda duman müşahidə olunur.
Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aranrayonlarında 4 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında 8,dağlıq rayonlarda 14 dərəcəyədək şaxta qeydə alınıb.