AZ

Azərbaycanlı döyüşçüdən UFC-də inamlı qələbə

Las-Veqasda "UFC Fight Night" turniri keçirilib.

Apasport.az xəbər verir ki, yarışda Azərbaycanın qarışıq döyüş ustası Nazim Sadıxov da çıxış edib.

ABŞ-də yaşayan həmyerlimizin rəqibi braziliyalı İsmael Bonfim olub.

Nevada ştatında keçirilən döyüşün 1-ci raundundan sonra qalib müəyyənləşib.

Təmsilçimiz rəqibini üstələyib. Nəticədə Bonfimin sağ gözünün görmədiyi müəyyən edilib. Braziliyalı texniki nokaut qərarı ilə məğlub elan edilib.

Qeyd edək ki, Sadıxov indiyədək keçirdiyi 12 döyüşdən 10-da qələbə qazanıb, 1-də uduzub, 1-də də heç-heçə edib.

Ölkə birinciliyinə yekun vurulub

Yeni mövsümün təqvimi açıqlanıb

İdmançımız Gürcüstanda gümüş medal qazanıb

Dünya çempionatı Daşkənddə keçiriləcək

Rizin turnirində 3 titul döyüşü

Seçilən
54
apasport.az

1Mənbələr