"Beşiktaş"ın klub prezidenti Serdar Adalı futbolçusu üçün "Spartak Moskva"dan gələn 25 milyonluq təklifdən imtina edib.
Offsideplus.az xəbər verir ki, Rusiya klubu Gedson Fernandeşi transfer etmək üçün çox çalışsa da "qartallar"ı razı salmağı bacarmayıb. Bu barədə "Sözcü" nəşri məlumat yayıb.
Hazırki vəziyyətdə portuqaliyalı oyunçunun transfer haqlarının 50%-i "Benfika"ya məxsusdur. Gedsonun satışı baş tutacağı halda gəlirin yarısı portuqallara çatacaq.
S.Adalının "Benfika'' ilə görüşüb Gedsonun haqlarını tamamilə əlinə almağa çalışacağı qeyd olunub.