Bakı. Trend:
16.02.2025-ci il tarixində saat 03:00 radələrində Bakı-Qazaxmagistralının Ucar rayonu ərazisində baş verən yol-nəqliyyathadisəsi nəticəsində xəsarət alan 22 nəfər (7-si qadın cinsli, 15-ikişi cinsli olmaqla) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təciliyardım şöbəsinə hospitalizasiya edilib. Qeyd edək ki, xəsarətalanlardan 1-i 2020-ci il təvəllüdlü azyaşlıdır.
Bu barədə Trend-insorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bədənin müxtəlif nahiyələrinin sınığı, əzilməsi,qarın boşluğu orqanlarının əzilməsi və sair diaqnozlar qoyulanşəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
"Həmin şəxslərdən 7 nəfərinin müalicəsi hazırda xəstəxanadastasionar şəraitdə davam etdirilir. 15 nəfər ambulator müalicə üçünevə buraxılıb", - deyə qeyd edilib.
Qeyd edək ki, Ucar rayonunun Qulubənd kəndi ərazisində 14 ədədavtomobilin iştirakı ilə zəncirvari yol-qəza hadisəsi baş verib.Qəza nəticəsində iki nəfər həyatini itirib.