AZ

Ucarda ağır yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb

Fevralın 16-da saat 03:00 radələrində Bakı-Qazax magistralının Ucar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 22 nəfər (7-si qadın cinsli, 15-i kişi cinsli olmaqla) Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə "Report"un yerli bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Xəsarət alanlardan 1-i 2020-ci il təvəllüdlü azyaşlıdır.

Qeyd edilib ki, bədənin müxtəlif nahiyələrinin sınığı, əzilməsi, qarın boşluğu orqanlarının əzilməsi və sair diaqnozlar qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Həmin şəxslərdən 7 nəfərinin müalicəsi hazırda xəstəxanada stasionar şəraitdə davam etdirilir. 15 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Seçilən
40
10
report.az

10Mənbələr