Amerikalı milyarder dünyanın ən ağıllı süni intellektini yaradıb.
Axar.az xəbər verir ki, bu barədə Mask Dubayda keçirilən konfransda məlumat verib.
Maskın sözlərinə görə, yeni “Grok-3” çat-botu həddən artıq ağıllıdır və insanları təəccübləndirəcək həllər tapa bilir.
Bundan başqa yeni süni intellekt “ÇatGPT”yə nisbətən daha yaxşı işləyəcək.
“Grok 3”ün sabah təqdim olunacağı bildirilir.