AZ

Sərbəst güləşçilərimiz İranda Dünya Klub Kubokuna qatılacaq

İranın paytaxtı Tehranda martın 2-də sərbəst güləş üzrə Dünya Klub Kuboku start götürəcək.

İdman.biz xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Yarışda dünyanın aparıcı güləş ölkələri, o cümlədən Rusiya, Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Almaniya, Tacikistan, Türkmənistan və İraqın komandalarının qatılacağı gözlənilir.

Qeyd edək ki, turnirə martın 3-də yekun vurulacaq.

İdman.biz

Seçilən
39
2
idman.biz

2Mənbələr