“Mançester Siti”nin qapıçısı Ederson İngiltərə Premyer Liqasında rekorda imza atıb.
QOL.az xəbər verir ki, o, “Nyukasl”la matçda (4:0) “şəhərlilər”in hücumçusu Ömər Marmuşa qolun ötürməsini edib.
Bununla da qol ötürməsinin sayını 6-ya çatdıran braziliyalı futbolçu turnirin ən çox məhsuldar ötürmə edən qapıçısı olub. Əvvəlki rekordçu 5 qol ötürməsi ilə İngiltərə yığmasının keçmiş qapıçısı Pol Robinson idi.
Qeyd edək ki, Ederson bu mövsüm "Mançester Siti"nin heyətində 25 matça çıxaraq 38 qol buraxıb və 6 görüşdə qapısını toxunulmaz saxlayıb.