AZ

"Oyun “Qarabağ”ın dominantlığı şəraitində keçəcək" - Azərbaycan derbisində kim şanslıdı?

“Neftçi” Misli premyer-liqasının 23-cü turunda “Qarabağ”ı qəbul edəcək. Bakılılar ağdamlılardan nə az, nə çox – 29 xal geridə qalsa da, bu məqam oyunun prinsipiallığını azaltmır. Axı bu oyunun adı üstündədi: Azərbaycan derbisi!

Son vaxtlar komandaların fərqli qrafik cızdığını nəzərə alan futbol ictimaiyyəti bu dəfə “ağ-qaralar”ın xal qazanmaq ehtimalını yetərincə yüksək dəyərləndirir. Biz təcrübəli mütəxəssis Aslan Kərimovdan proqnoz istədik.

“Qarabağ” son oyunda 75-ci dəqiqədən sonra vurduğu qollarla qalib gəldi. Ağdamlılar bu oyunda çətinliklə üzləşəcək. Oyunun texniki tərəfinə baxsaq, Samir Abasovun “Neftçi”si dominant komanda kimi oynamaq niyyətində deyil. “Neftçi”nin mərkəz müdafiəçiləri çoxlu fərdi səhvə yol verir. Ona görə də “Neftçi”nin artıq baxımlı yox, effektli futbol nümayiş etdirməsi lazımdı. “Qarabağ” nə qədər hücumameyilli oynasa da, onda da çatışmazlıqlar var. Top itkisi zamanı rəqibin əks-hücumlarındaçoxlu boşluqlar verirlər. Avrokuboklarda bu səhvləri bağışlamırdılar. Çempionatda da “Turan Tovuz”la “Zirə” bunu bacardı. Bütün bunların fonunda mənə elə gəlir ki, oyun “Qarabağ”ın dominantlığı şəraitində keçəcək. “Neftçi” “2-ci nömrə” ilə oynamağa çalışacaq. “Qarabağ”ın hücumameyilli oyunçuları çox effektlidi. “Neftçi”nin müdafiə xətti bu təzyiqin qarşısında dayana biləcəkmi? Məncə, dayana bilməyəcək. “Neftçi”nin qələbə qazanmaq şansı çox aşağıdı. “Qarabağ”ın qalib gəlməsi daha real görünür”.

Xatırladaq ki, “Neftçi” “Qarabağ”ı sonuncu dəfə 2020/21 mövsümündə məğlub edib.

ƏSƏD SEYİDOV
Seçilən
81
football-plus.az

1Mənbələr