"Turan Tovuz" bu gün Misli Premyer Liqasının 23-cü turu çərçivəsində “Araz Naxçıvan”ı qəbul edir.
Fanat.Az xəbər verir ki, fanatlar stadiona üzərində "Ədalətli hakim istəyirik" yazılmış bannerlə gəliblər.
Azarkeşlər matçın ilk dəqiqəsində arxalarını meydançaya tərəf dönərək “Turan”, “Turan”…” sədaları ilə hakim qərarlarına etirazlarını bildiriblər.
Qarşılaşma hazırda 0:0 hesabı ilə davam edir.