AZ

"Turan Tovuz" “Araz-Naxçıvan”a qalib gəlib - Misli Premyer Liqası

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasında XXIII turun daha bir oyunukeçirilib.

Trend-inməlumatına görə, “Araz-Naxçıvan” səfərdə “Turan Tovuz”un qonağıolub. Tovuz şəhər stadionunda oynanılan görüş meydan sahiblərininminimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 86-cı dəqiqədəHayderson Hurtado vurub. Qonaq komandanın müdafiəçisi İqor Ribeyro48-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

Bu qələbədən sonra xallarını 39-a çatdıran “Turan Tovuz” turnircədvəlinin 4-cü pilləsindəki mövqeyini qoruyub. “Araz-Naxçıvan” isə44 xalla ikinci sırada qərarlaşıb.

Günün son oyunu "Neftçi Arena"da keçiriləcək. Saat 19:00-dastart götürəcək mərkəzi görüşdə lider "Qarabağ" "Neftçi"nin qonağıolacaq.

Seçilən
25
az.trend.az

1Mənbələr