AZ

“Təkrara dabaxdım, heç orda sarı vərəqəlik epizod da yoxdu” – Elmar Baxşıyev

“Araz-Naxçıvan” Misli premyer-liqasının 23-cü turunda səfərdə “Turan Tovuz”a məğlub oldu – 0:1.

“Football-plus.az” xəbər verir ki, oyundan sonra qonaqların baş məşqçisi Elmar Baxşıyev fikirlərini bölüşüb:

- Ağır oyun alındı. Hər iki komanda yaxşı mübarizə apardı. Nə düşünürdüksə, komanda meydanda etməyə çalışırdı. Bura hazırlıqlı gəlmişdik. Futbolçularım yaxşı iş göstərməyə çalışırdı. İrəli baxmaq lazımdı.

- Qırmızı vərəqə epizodunu necə dəyərləndirərdiz?
- Sizcə, “qırmızı” var idi? Təkrara dabaxdım, heç orda sarı vərəqəlik epizod da yoxdu. Bu şəkildə bizi belə sıxışdırmaq istəyirlərsə, alınmayacaq. Komanda belə qərarlara meydanda layiqincə cavab verəcək. Biz də fərqli yanaşmaq istəyirik. “Kəpəz”lə oyunda 3-cü dəqiqədə epizodu penalti kimi dəyərləndirmək lazım idi.

- Oyundan sonra Zaur Axundovla nə söhbət edirdiz?
- Ev oyunlarından sonra da Zaur müəllimlə görüş olur. Öz dəstəyini əsirgəmir. O da komandanın yanındadı.

- Ötən turda “Turan Tovuz”a qarşı hakim səhvi var idi. Sizcə, kimin yolu açılır?
- Heç bir komandanın haqqına girilməsini istəmərik. Futbol ədalət tələb edir. Mənim düşüncəmlə futbolda varlı-kasıb anlayışı olmamalıdı. Yəqin ki, onların fərqli düşündükləri var. Bizim üzərimizə nə düşürsə, onu da etməliyik.

- “Araz-Naxçıvan”ın 2-ci yeri qorumaq üçün məsuliyyəti var?
- Təzyiq hər bir sahədə olmalıdı. O təzyiqin olması normaldı, adamamotivasiya verir.

ƏSƏD SEYİDOV

Seçilən
58
football-plus.az

1Mənbələr