AZ

Ceyhun Bayramov Serbiyanın Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib

Bakı. TurkicWorld:

Fevralın 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfəri çərçivəsində Serbiya Sarayında bu ölkənin Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib.

Xarici İşlər Nazirliyində TurkicWorld-a verilən məlumata görə, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç tərəfindən təşkil edilmiş mərasimdə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirdə çıxış edən nazir Ceyhun Bayramov Azərbaycan və Serbiya Prezidentlərinin rəhbərliyi ilə Azərbaycan-Serbiya strateji tərəfdaşlığının daha da genişlənəcəyinə əmin olduğunu bildirib.

Strateji tərəfdaşlığımızın inkişafında ali və yüksək səviyyəli təmasların, mövcud dostluq münasibətlərinin, habelə bütün platformalar çərçivəsində göstərilən qeyd-şərtsiz dəstəyin əhəmiyyəti qeyd olunub.

Seçilən
75
23
turkic.world

10Mənbələr