Yaponiya Maliyyə Nazirliyinin sərxoş əməkdaşı məxfi sənədləri olan portfelini itirib Yaponiyada ölkənin Maliyyə Nazirliyinin Gömrük və Tarif Bürosunun əməkdaşı sərxoş olub və içərisində noutbuk, eləcə də məxfi məlumatlar olan portfelini itirib.
SİA-nın məlumatına görə, bu barədə REN TV mənbəyə istinadən xəbər verir.Hadisə Tokionun cənubundakı Yokohama şəhərində baş verib. Deməli kişi doqquz stəkan pivə içdi və evə gedib. O, evdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar da daxil olmaqla 187 nəfərin işi ilə bağlı məxfi sənədləri olan portfelini harasa qoyub getdiyini başa düşüb.
Bundan başqa, məmurun özü və həmkarları haqqında məlumatların yer aldığı rəsmi noutbuk yoxa çıxıb.
Yaponiya Maliyyə Nazirliyi fövqəladə vəziyyətə görə üzr istəyib və işçiyə qarşı “sərt tədbirlər” görəcəyini vəd edib. Xatırladaq ki, 2022-ci ilin iyununda Amaqasaki şəhər administrasiyasının (Hyoqo prefekturası) pandemiya ilə əlaqədar ödənişlərin təşkili ilə bağlı göstəriş verdiyi Yaponiya şirkətinin işçilərindən biri sərxoş olub və 460 min sakinin şəxsi məlumatlarının olduğu fleş-diskini itirib.
Əli Babayev