AZ

“Zədəlilərlə yenilər arasında fərq var” – Kurban Berdıyev

“Turan Tovuz” Misli premyer-liqasının 23-cüturunda “Araz-Naxçıvan”ı məğlub etdi - 1:0.

“Football-plus.az” xəbər verir ki, oyundan sonra meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyev jurnalistlərin önünə çıxıb.

- Birinci hissədə taktiki planda bəzi səhvlərimiz oldu. Çətin, amma vacib qələbədi. Futbolçularımı təbrik edirəm.

- Millerlə Şəhriyar zədələnəndən sonra komanda eniş yaşayır?
- Marandiçini də bu siyahıya əlavə etmək lazımdı. Yeni gələnlərin o yerdə möhkəmlənmələri vaxt alır.

- Bu itkilər strategiyanı dəyişməyə məcbur edir?
- Müəyyən dəyişikliklər olur. Futbolçuların bir-birlərini başa düşməsi üçün vaxt lazımdı. Zədəlilərlə yenilər arasında fərq var.

- Kristian Da Silvanın əsas heyətdə olmaması limitlə bağlı idi? - Bəli. O da oyuna hazır idi.

- Sol cinahda Rüfət Əhmədovun yox, İsmayıl Zülfüqarlının oynamasının səbəbi nədi?
- Planlaşdırırdıq ki, Rüfəti 2-ci hissə üçün saxlayaq. İsmayıldan ilk hissədə istədiyimiz performansı görə bilmədik.

ƏSƏD SEYİDOV

Seçilən
58
football-plus.az

1Mənbələr