AZ

Jül Kunde "Çelsi"nin hədəfindədir..?

Londonun "Çelsi" klubu "Barselona"nın müdafiəçisi Jül Kunde ilə maraqlanır.

SİA-nın məlumatına görə, bu barədə Sportfm.az xəbər verir.

"Mavilər" 26 yaşlı fransız üçün 100 milyon avro ödəməyə hazırdır.

Bununla belə, görünür, “Barselona” öz oyunçusu ilə ayrılmaq istəmir. Klub Kundenin çıxışından tam razıdır və müdafiəçinin özü də Kataloniyada xoşbəxtdir.

Qeyd edək ki, Kundenin "Barselona" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Bu mövsüm Kunde İspaniya çempionatında 23 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Nazlı Almuradova

Seçilən
27
sia.az

1Mənbələr