AZ

"Bu cür oyunlarda belə davranışlara yol vermək olmaz" - Qurban Qurbanov

"Qarabağ" Misli premyer-liqasının 23-cü turu çərçivəsində keçirilən Azərbaycan derbisində "Neftçi"nin meydanından qalib ayrıldı - 1:0.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Komandanın xarakteri azlıqda qalanda üzə çıxır. Bu gün qalibiyyət bizə qismət oldu. Azarkeşlər üçün baxımlı oyun sərgilədiyimizi düşünürəm. Hər iki komandanın tərəfdarlarına təşəkkür edirəm.

- Medina haqda xüsusi ölçü götürəcəksiz?
- Təbii ki, bu cür oyunlarda belə davranışlara yol vermək olmaz. Sadəcə, həmin dəqiqələrdə "Neftçi" azarkeşləri nalayiq ifadələr səsləndirirdi. Qəzəblənmişdilər. Hər halda, bütün futbolçularıma belə halların baş verdiyi haqda məlumat vermişəm. Futbolçu da insandı, bəzən emosiyalarını idarə edə bilmir. Kim nə edirsə, özünə edir. Oyunçu bilməlidi ki, futbol komanda oyunudu. Amma bu, həm də futbolun gözəlliklərindən biridi. Azlıqda qalsaq da, qalib gəldik.

KƏNAN BAHADIR

Seçilən
63
football-plus.az

1Mənbələr