"Neftçi" Misli premyer-liqasının 23-cü tur matçında evdə "Qarabağ"a uduzdu - 0:1.
"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Rəhman Hacıyev və Ramil Şeydayevi məcburiyyətdən meydana buraxdız?
- Həmişə doğru əvəzetmələr mümkün olmur. Ağadadaş qaçanda axsayırdı. Hücumu gücləndirmək istədik. Təəssüf ki, bacarmadıq. Bəzən alınmır. O başqa məsələ ki, realist olmalıyıq. Səhvləri bir-iki dəfə bağışlamaq olar. Meydana belə çıxmaq olmaz.
- Bəlkə də 2021-ci ildə "Qarabağ"ı çox qəzəbləndirmisiz...
- Oyuna çox istəkli və yaxşı başladıq. Motivasiya və əhval-ruhiyyə yerində idi. Oyun ətrafında ajiotaj var idi. Azarkeşlərə təşəkkür edirəm. Uzun müddətdi ki, "Neftçi" "Qarabağ"a qarşı belə oynamamışdı. Bəlkə də meydana sonradan daha yaxşı futbolçular buraxmaq olardı. Azarkeşlər üçün də üzücü haldı. İrəli baxmalıyıq.
- Rəhmanın əvəzinə Muradı meydanı buraxmaq olardımı?
- Ötən oyunda meydana sonradan çıxan oyunçular qolların vurulmasına nail oldu. Yenə deyirəm, bəzən sonradan meydana çıxan oyunçu özünü doğrulda bilmir. Təbii ki, daha düzgün seçimlər etməliyik.
- Medinanın "qırmızı" alması "Qarabağ"la yanaşı sizin də planlarınız pozdumu?
- Görünən odu ki, pozdu. Biz planları 11 nəfərə qarşı qururuq. Azlıqda qalanda biz də dəyişikliklər etməli olduq.
- Məğlubiyyət komandaya necə təsir edəcək?
- İnşallah, pis təsir etməz. Səhvlərimizi aradan qaldırmağa davam edəcəyik. Komandamın pis oynadığını düşünmürəm. Üzərimizdə psixoloji cəhətdən təzyiq var idi. "Neftçi"nin ətrafında söz-söhbət çoxdu. Sanki qalan komandalar uduzmur.
- Kubokun final matçında "Qarabağ"la qarşılaşa bilərsiz. Həmin oyun haqda azarkeşlərə nə deyə bilərsiz?
- Biz hələ finala çıxmamışıq. Gözləyək. Bəlkə heç "Qarabağ" da finala qədər irəliləyə bilməyəcək.
- Komanda avrokuboklara yollanmaq gücündədimi? Məqsədinizə çata bilməmək sizin üçün faciə sayılacaqmı?
- Mən bura gələndə komanda 9-cu pillədə idi. Əvvəlcə bu vəziyyəti düzəltməyə çalışırıq. Təbii ki, "Neftçi"nin adına avrokuboklar yaraşır. Əlimizdən gələni edəcəyik ki, məqsədimizə çataq.
- Emin Mahmudov son oyunlarda xüsusi fəallıq göstərir. Növbəti oyunlarda kapitan sarğısının yeni sahibi ola bilərmi?
- Xeyr, olmayacaq.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta