Bu qış “Qarabağ”dan ayrılan Riçard Almeyda yeni klubu “Primavero”da debüt edib.
“İki sahil” xəbər verir ki, 35 yaşlı futbolçu Braziliya Paulistsa A2 liqasında 10-cu turun matçına çıxıb.
“Taubate” ilə oyun “Primavero”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra xal hesabını 22-yə çatdıran “Primavero” zirvədə qərarlaşıb.