“Kimyaçılar” 7-si çempionatda, 1-i kubokda olmaqla son 8 oyunda rəqib qapısına qol vura bilməyib. Komanda sonuncu dəfə Misli premyer-liqasının 16-cı turunda rəqib qapısına yol tapıb. Həmin matçda “kimyaçılar” “ağ-qaralar”ın qapısına 2 cavabsız qol vurub.
Görəsən, hücumçular günahkardı, yoxsa Vaqif Cavadov müdafiəmeyilli futbol ynadır? Bu suala təcrübəli mütəxəssis Aslan Kərimov cavab axtardı:
“Sumqayıt”ın qol vurmamasını səbəbini bilmirəm. Bunu bilməkdən ötrü komandanın içində olmaq lazımdı. Qol vura bilməməyin Vaqif Cavadovla bağlı olduğunu düşünmürəm. Komandanı müdafiəyəmeyilli oynamaqda günahlandırmaq da düzgün olmazdı. Hücumçuların keyfiyyəti çox aşağıdı. Kamran Quliyev zaman-zaman çox aqressiv oynayırdı. Yerli futbolçu kimi təcrübəsi kifayət qədər deyil. Rəqib futbolçuların verdiyi boşluqlardan “Sumqayıt”ın futbolçuları yararlana bilmir. Həmin o keyfiyyət çatmır. Hər halda, problemin əsl səbəbini komandanın daxilində olmaqla müəyyənləşdirmək mümkündü”.
ƏSƏD SEYİDOV