AZ

Bloomberg: Tramp administrasiyası aprelin 20-dək Ukraynada atəşkəsə nail olmaq istəyir

ABŞ prezidenti Donald Trampın administrasiyası birbaşa avropalı tərəfdaşlarına bəyan etdiyi aprelin 20-dək Ukraynada atəşkəsə nail olmaq istəyir...

Poliqon bu barədə Bloomberg nəşrinə istinadən xəbər verir.

KİV-in məlumatına görə, Avropa rəsmiləri Ukraynaya müdafiə və dəstək xərclərini artırmağa çalışır. Bu planlar yalnız fevralın 23-də Almaniyada keçiriləcək parlament seçkilərindən sonra açıqlanacaq.

Sabah bir neçə Aİ ölkəsinin liderləri Fransa prezidenti Emmanuel Makronla birlikdə bu tədbirlərin hazırlanmasına başlamaq üçün Parisə dəvət olunub.

Ehtimallara görə, sammitdə Avropa qoşunlarının Ukraynaya göndərilməsi imkanları da müzakirə olunacaq. Bununla belə, Tramp administrasiyası bu il aprelin 20-nə təsadüf edən Pasxa bayramına qədər Ukraynada atəşkəs əldə etmək istədiyini açıq şəkildə bəyan edib.

Poliqon.info

Seçilən
17
2
poliqon.info

2Mənbələr