AZ

İsrail Nablusa yenidən hücium edib - Yaralılar var

İsrail hərbçiləri son br neçə gün ərzində işğal altındakı İordan çayının qərb sahilindəki Nablus şəhərində ard-arda əməliyyatlar keçirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən gün üç istiqamətdən şəhərə girən İsrail hərbçiləri 6 saat çəkən toqquşmadan sonra geri çəkilsə də, bu gün sübh tezdən də yenidən ani hücumla şəhərə giriblər.

Məlumata görə, İsrail ordusunun xüsusi təyinatlı qüvvələrinin bu hücumu zamanı da toqquşma olub: "Burada bir evi mühasirəyə alan İsrail qüvvələri ilə fələstinli gənclər arasında toqquşma olub. Nəticədə biri ağır olmaqla 7 nəfər yaralanıb. Onlar Nablusdakı Rafidiya xəstəxanasına yerləşdiriliblər".

Fələstin Qızıl Aypara Cəmiyyətindən isə bildirilib ki yaralananlar arasında 60 yaşlı bir kişi də var: "Qalanları gənclərdir".

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
26
2
mia.az

3Mənbələr