AZ

Ronaldo birgə oynadığı ən pis və ən yaxşı oyunçuları açıqladı

Dünya futbolunun braziliyalı əfsanəsi Ronaldo Nazario vaxtilə birlikdə oynadığı ən yaxşı və ən pis oyunçuları açıqlayıb.

Arena.az Ronaldonun bu barədə qənaətini təqdim edir:

“Birlikdə oynadığım ən yaxşı oyunçular – milli komandada Ronaldinyo Qauşu, klubda isə Zinəddin Zidan olub”, deyə “Yekədiş” bildirib.

O, birgə oynadığı ən pis oyunçunun da adını açıqlayıb: “Tomas Qravesen həqiqətən əla oğlan, çox yaxşı insan idi. Amma futbolda o, çox bərbad idi, kobud oynayar və ayaqlara möhkəm zərbə endirərdi”, deyə “Yekədiş” ləqəbli əfsanəvi hücumçu qeyd edib.

Ronadlonun təqdimata ehtiyacı olmasa da, əfsanə haqda azacıq məlumatı təqdim etmək yerinə düşər.

“Müəmma” ləqəbli Ronadlo dünya futbolunun ən güclü mərkəz hücumçularından biri, bir çox mütəxəssislər tərəfindən isə ən güclüsü hesab edilir. “Yekədiş” böyük futbola “Kruzeyro”da başlayıb, PSV, “Barselona”, “İnter”, “Real”, “Milan” və Korintians”da çıxış edib.

Klub səviyyəsində Ronaldo 481 oyuna 309 qol və 75 məhsuldar ötümə ilə fərqlənib.

Ronaldo Nazario 1994-cü ilin mart ayında debüt etdiyi Braziliya millisinin heyətində 99 oyun keçirib, 62 qol vurub, 32 məhsuldar ötürmə verib.

Qeyd edək ki, klub və milli komanda səviyyəsində, həmçinin fərdi mükafatları ilə zəngin Ronaldonun ən böyük uğurları Braziliya millisi ilə 1994-cü və 2002-ci illərin dünya çempionatlarında qalibiyyətdir. O, formasını geyindiyi klubların heyətində də çoxlu çempionluqlar yaşayıb, bu komandalarla müxtəlif titullara sahib çıxıb.

Seçilən
51
arena.az

1Mənbələr