AZ

Məşhur aktrisa 24 yaşında HƏYATLA VİDALAŞDI – FOTO

Cənubi Koreya dramlarının yüksələn ulduzu Kim Sae Ron vəfat edib.

Publika.az xəbər verir ki, 24 yaşlı aktrisanın meyiti bu gün axşam saat beş radələrində Cənubi Koreyanın paytaxtı Seulda yerləşən mənzilində dostu tərəfindən aşkarlanıb.

Hüquq-mühafizə orqanları onun bədənində və mənzilində heç bir şübhəli dəlil tapmadıqlarını bildiriblər.

Kim Sae-ron doqquz yaşında filmlərdə və Koreya dramlarında rol almağa başlayıb. “Brand New Life” (2009) və “Nowhere Man” (2010) kimi filmlərdəki rolları ilə şöhrət qazanıb.

Cənubi Koreyalı aktrisa “Netflix” layihəsi olan “Hunting Dogs” (2023) filminin çəkilişlərindən sonra bütün dünyada məşhurlaşıb.

Amma son illər aktrisa inciklik üzündən filim sektorundan uzaqlaşıb. O, sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün həbs edilib.

 

Seçilən
79
1
editor.az

10Mənbələr