AZ

“Bloomberg”: ABŞ Pasxa bayramına qədər Ukraynada atəşkəs əldə etmək istəyir

Bakı, 17 fevral, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın administrasiyası Pasxa bayramına qədər Ukraynada atəşkəsə nail olmaq istəyir.

AZƏRTAC xəbər verir ki, bu barədə mənbələrə istinadla “Bloomberg” agentliyi məlumat yayıb.

“Tramp administrasiyası Avropa rəsmilərinə Pasxa bayramına qədər Ukraynada atəşkəsə nail olmaq istədiyini bildirib", - məqalə müəllifləri qeyd ediblər.

Bir sıra rəsmilərin fikrincə, danışıqlar prosesinin tempi iddialıdır və potensial olaraq qeyri-realdır.

Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Vitkoff bildirib ki, Amerika nümayəndə heyəti Rusiya ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına səfər edib.

Seçilən
24
2
azertag.az

3Mənbələr