Ermənistanda hələ də Azərbaycanın bu ölkəyə hücum edəcəyinə dair isterika var. Tribunainfo.az xəbər verir ki, rəsmi Bakının dəfələrlə açıqlamalarına baxmayaraq, ermənilər mövzunu müzakirə etməkdədirlər.
Ermənistan Hərbi Sənaye Komitəsinin keçmiş rəhbəri Avetik Kerobyan bu mövzuda verdiyi son açıqlamasında deyib ki, onu Azərbaycanın “hərbi müdaxiləsi” ilə yanaşı, başqa bir məsələ də narahat edir. Onun sözlərinə görə, Bakı həmçinin kibermüharibə prosesinə də start verib. “Azərbaycan Ermənistana qarşı təkcə hərbi deyil, həm də kibermüharibə aparacaq. Biz bu iki məsələni biri birindən ayırsaq və birini digərindən üstün saysaq, uduzacağıq”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta