AZ

Premyer Liqa: “Şamaxı” “Kəpəz”ə, “Sabah” “Səbail”ə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 23-cü turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk oyunu “Kəpəz”lə “Şamaxı” arasında keçiriləcək. Tovuz şəhər stadionunda keçiriləcək oyunu Elçin Məsiyev idarə edəcək. Bu, sözügedən komandalar arasındakı 37-ci çempionat qarşılaşması olacaq. Əvvəlki 36 oyunda “Kəpəz” 9, “Şamaxı” 18 qələbə qazanıb, 9 qarşılaşma sülhlə yekunlaşıb. “Şamaxı” son 5 səfər matçında qol vurub. Son üç qarşılaşmada qonaq olan komanda uduzmayıb. Ötən turda “Sumqayıt”a qalib gəlmiş “Şamaxı” bu uğurun davamını gətirməyə çalışacaq. Son iki turda 4 xal toplamış “Kəpəz” də növbəti xallarını qazanmağı hədəfləyib.

Turun qapanış matçında “Səbail” və “Sabah” üz-üzə gələcəklər. “Bayıl Arena”da keçiriləcək oyunu Rəşad Əhmədov idarə edəcək. Ötən turda “Turan Tovuz”a qalib gəlmiş “bayquşlar” bu uğuru səfərdə də davam etdirməyə çalışacaqlar. Sonuncu pillədə qərarlaşmış “Səbail” də ev oyunundan xal və ya xallarla ayrılmağı hədəfləyib.

Premyer Liqa
23-cü tur

15 fevral

“Sumqayıt” – “Zirə” 0:3
Qollar: Rafael Utziq, 14. Salifu Suma, 36; 65.
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.

16 fevral

“Turan Tovuz” – “Araz-Naxçıvan” 1:0
Qol: Hayderson Hurtado, 86.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabbarov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu, 16:00.

“Neftçi” – “Qarabağ” 0:1
Qol: Marko Yankoviç, 89-pen.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Neftçi Arena”, 19:00.

17 fevral

“Kəpəz” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Tovuz şəhər stadionu, 16:00.

“Səbail” – “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Rauf Allahverdiyev.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”, 19:00.

Seçilən
43
arena.az

1Mənbələr