AZ

bp Şahdəniz Kompressiya layihəsi üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçirəcək

Bakı. Trend:

bp Xəzər dənizinin Azərbaycan sektorunda Şahdənizperspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsühaqqında sazişin operatoru kimi elan edir ki, saziş üzrə işproqramı çərçivəsində Şahdəniz Kompressiya (ŞDK) layihəsinin ƏtrafMühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi(ƏMSSTQ) sənədinin layihə variantını müzakirə etmək üçünictimaiyyətlə görüş keçiriləcək.

bp bütün tərəfləri bu görüşdə iştirak etməyə dəvətedir.

Görüş aşağıdakı tarixdə və ünvanda keçiriləcək:

18 fevral 2025-ci il

10:00 - 12:00

“Hilton Baku” oteli, “Lazurit” zalı,

(Azadlıq prospekti, 1B)

Görüşdə sənəd haqqında ətraflı təqdimatlar olacaq vəauditoriyanın sualları və rəyləri ətrafında müzakirə keçiriləcək.Rəylər [email protected]elektron poçt ünvanına da göndərilə bilər.

ƏMSSTQ və Qeyri-texniki Xülasə sənədlərinin layihəvariantlarının nüsxələri və rəy formaları ictimaiyyətin tanışolması üçün 27 yanvar 2025-ci il tarixindən aşağıdakı ünvanlardayerləşdirilib:

  • bp-nin “Xəzər Mərkəzi” ofisinin qəbul şöbəsi, Neftçilərprospekti 153
  • Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası, Xaqaniküçəsi 29
  • Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin elmikitabxanası, Hüseyn Cavid prospekti 31
  • Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası,Azadlıq prospekti 20
  • Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və TəbiiSərvətlər Nazirliyi, Bəhram Ağayev küçəsi 100a
  • Bakı Ali Neft Məktəbinin kitabxanası, ali məktəbin kampusu,yeni Salyan şossesinin 3-cü kilometri.

Bundan əlavə, sənədlər bp-nin vebsaytından da yüklənə bilər:

Azərbaycan dilində: https://www.bp.com/az_az/azerbaijan/home/news/hesabatlar/Etraf-muhit-ve-sosial-tesirlerin-qiymetlendirilmesi-hesabatlari/shah-deniz-/Sahdeniz-kompressiya-layihesi.html

İngilis dilində: https://www.bp.com/en_az/azerbaijan/home/news/reports/environmental-and-social-documentation/shah-deniz-/Shah-Deniz-Compression-Project.html

Seçilən
47
5
az.trend.az

6Mənbələr