AZ

Mərdəkan yolunda AĞIR QƏZA:Avtomobil lövhə dirəyinə çırpılıb - VİDEO- YENİLƏNİB

"Mərdəkan yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü həyatını itirib".

Bu məlumatı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli verib.

"Hadisə 16 fevral, saat 21:52-də Mərdəkan-Buzovna yolunun Qala qəsəbəsindən keçən ərazisində baş verib. Zərdab rayon sakini Sadiq Nurlan oğlu Mikayılov idarə etdiyi "Hyundai" markalı 77-FS-511 dövlət nömrə nişanlı avtomobili iki yol ayrıcında olan məlumat lövhəsinə çırpıb. Hadisə nəticəsində sürücü həyatını itirib", - deyə R.Əhmədli bildirib.

***

16 fevral 23:11

Bakıda Mərdəkan yolu istiqamətində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə paylaşılıb.

“Hyundai” markalı, 77-FS-511 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək arakəsmədəki lövhə dirəyinə çırpılıb.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobili idarə edən sürücü 18 yaşında olub və aldığı zərbədən hadisə yerində dünyasını dəyişib.

Dərhal əraziyə polis əməkdaşları cəlb olunublar.

Həmin görüntüləri təqdim edirik:

Seçilən
18
avtosfer.az

1Mənbələr