İordaniya kralı II Abdullanın qızı, 28 yaşlı şahzadə İman ana olub.
OLAY yazır ki, kraliça Raniyə bu barədə rəsmi sosial şəbəkələrdə məlumat verib.
Doğum otağından bir neçə şəkli paylaşan Raniyə “Əzizim İman artıq anadır. Ailəmizin yeni neməti olan Əminə xanımla görüşməkdən xoşbəxtik. Cəmil və İmanı təbrik edirik - Allah sizi və dəyərli balaca qızınızı qorusun” şərhini yazıb.
Qeyd edək ki, yeni doğulan Əminənin atası Cəmil Aleksandr Tarmiotis Nyu Yorkda maliyyə sektorunda çalışan venesuelalı iş adamıdır. İman onunla 2023-cü ilin martında evlənib. Cütlük ABŞ-da təhsil alarkən tanış olub.
Xatırladaq ki, Raniyə ikinci dəfə nənə olub. Keçən avqustda İordaniyanın vəliəhd şahzadəsi Hüseyn və onun həyat yoldaşı şahzadə Racvanın da bir qızı dünyaya gəlib. Körpəyə Hüseynin bacısının şərəfinə İman adını veriblər.



