
Qəzzanın yenidən qurulma planı Fələstin və Ərəb tərəfləri ilə koordinasiya və beynəlxalq dəstək əsasında hazırlanır.
Reyting.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bunu Misirin xarici işlər naziri Bədr Əbdülətti bildirib.
Bədr Əbdülətti bu sözləri Qahirədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədr müavini Darrell İssanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib.
E. KAMAL