Ötən ay Səudiyyə Ərəbistanından vətəninə qayıdan Neymar nəhayət, qol hesabını açıb.
Offsideplus.az xəbər verir ki, "Santos"un formasını geyinən hücumçu ardıcıl bir neçə uğursuz oyundan sonra azarkeşləri sevindirməyi bacarıb. Belə ki, 33 yaşlı futbolçu Braziliyanın Paulista çempionatının XI turu çərçivəsində "Aqua Santa" klubu ilə görüşdə fərqlənib.
Neymar bu matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. İstedadlı hücumçu ilk qolunu 14-cü dəqiqədə penaltidən vurub. Yekunda "Santos" 3:1 hesabı ilə qalib gələrək, turnir cədvəlində 7-ci yerə yüksəlib.
Xatırladaq ki, braziliyalı Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasının heyətində ilyarım ərzində keçirdiyi 7 oyunda cəmi 1 dəfə fərqlənib.