AZ

“Peyk Zavodu” MMC-nin 1,9 milyon manatdan çox borcu var

“Peyk Zavodu” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

FED.az bu barəd İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasına istinadən xəbər verir .

Məlumata əsasən, “Peyk Zavodu” MMC-nin vergi borcu 1 901 996.16 manatdır. Bu vergi borcu 16.02.2024-cü il tarixinə olan məlumatdır.

Qeyd edək ki, "Peyk Zavodu" MMC 5 noyabr 1996-cı ildə yaradılıb. MMC 1 milyon 765 min 578 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Məhəbbət Hümbətov Şəmşəd oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Davud Aslan ev 6 ünvanıdır.

Qeyd edək ki, çoxlaylı çap lövhələri istehsal edən PEYK zavodu 1993-cü ildə Fransanın M.U.P. İndustrie G.İ.E. konsorsiumunun iştirakı ilə tikilib.

1993-2005-ci illər ərzində PEYK zavodu Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olub.

2006-cı ildən PEYK zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.

 

Seçilən
30
fed.az

1Mənbələr